Bank Of Baku

Nazir: “Gələn il Azərbaycanda taxıl istehsalında azalma proqnozlaşdırılır”

Nazir: “Gələn il Azərbaycanda taxıl istehsalında azalma proqnozlaşdırılır”
# 10 dekabr 2009 08:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Gələn il Azərbaycanda taxıl istehsalında azalma proqnozlaşdırılır. «APA-Economics»in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, bunun səbəbi taxıl əkmiş fermerlərə Maliyyə Nazirliyi tərəfindən subsidiyaların vaxtında verilməməsi ilə bağlıdır.

«Digər səbəb isə əksər taxılçılıq rayonlarında bir neçə ay çəkən əsassız yoxlamalar oldu. Bu yoxlamaların da heç bir nəticəsi olmadı. Yoxlamalar torpaq şumlanması və əkin zamanına düşdüyündən, gələn il müəyyən qədər az taxıl istehsalı gözlənilir», - deyə nazir vurğulayıb.

İ.Abasov hesab edir ki, ötən illərdə taxıl əkilmiş sahələrin bir hissəsinin dincə qoyulması da öz təsirini göstərir.

Nazir onu da qeyd edib ki, gələn il üçün taxıl əkilmiş sahələr 150 min ha azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR