Bank Of Baku

Bakıda Azərbaycan hökuməti və FAO-nun birgə hazırladığı Çərçivə Sənədinə həsr olunmuş seminar keçirilib

Bakıda Azərbaycan hökuməti və FAO-nun birgə hazırladığı Çərçivə Sənədinə həsr olunmuş seminar keçirilib
# 10 dekabr 2009 09:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Bakıda Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə hazırladığı Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinə (MOPÇS) həsr olunmuş seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə FAO-nun nümayəndələri ilə yanaşı, Azərbaycanın müxtəlif hökumət strukturlarından, habelə donor təşkilatlardan nümayəndələr iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, MOPÇS yaxın gələcək üçün Azərbaycanın aqrar sektoruna dəstək olacaq. FAO-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirən nazir qeyd edib ki, çərçivə sənədi əsasən kənd təsərrüfatı, heyvandarlıq, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması, təbii ehtiyatların mühafizəsi və idarə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və gəlir yaradılmasının davamlı təminatı, kənd infrastrukturunun yaxşılaşdırılması, qanunvericilik sisteminin gücləndirilməsini əhatə edəcək.

FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinaser isə bildirib ki, MOPÇS üç il müddətində birgə həyata keçiriləcək fəaliyyətlər üçün prioritet sahələri əks etdirən FAO-nun hər bir üzv ölkəsi ilə hazırlanan çərçivə sənədidir. Azərbaycan üçün MOPÇS eyni zamanda 2011-2015-ci illər üzrə BMT-nin İnkişafa Yardım Çərçivə Sənədində əks olunan BMT-nin birgə sisteminin strateji məqsədlərinin tamamlanması və dəstəklənməsi məqsədini daşıyır.

Daha sonra sənədin və tematik prioritet sahələr üzrə ilkin prioritetlərin təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR