Bank Of Baku

İsmət Abasov: “Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin təkliflərinə bu günədək rəy verməyib”

İsmət Abasov: “Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin təkliflərinə bu günədək rəy verməyib”
# 10 dekabr 2009 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti tədarük-təchizat şirkətinin yaradılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin təkliflərinə bu günədək rəy verməyib.

«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

«Bu gün əsas məsələ məhsul istehsal deyil, tədarük olunmuş məhsulun satılmasıdır. Mən sonadək bu məsələnin üzərində dayanacağam. Əgər aqrar sahədə davamlı inkişafı təmin etmək istəyiriksə, belə bir tədarük-təchizat şirkətini yaratmalıyıq», - deyə nazir vurğulayıb.

İ.Abasov hesab edir ki, tədarük-təchizat şirkəti dövlət şirkəti və ya səhmləri dövlətə məxsus səhmdar cəmiyyəti formasında ola bilər. Şirkət fermerlərdən məhsulu alıb lazım olanda bazara çıxarmaqla qiymətləri tənzimləyə, həmçinin böyük istehlakçı qruplarına satışını həyata keçirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR