Bank Of Baku

Cəlilabadda yeni soyuducu və taxıl anbarları tikiləcək

Cəlilabadda yeni soyuducu və taxıl anbarları tikiləcək
# 11 dekabr 2009 12:54 (UTC +04:00)
Cəlilabad. Əlibәy Zeynallı - APA. Cəlilabadda yeni soyuducu və taxıl anbarları tikiləcək.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən maliyyələşdirilən taxıl anbarlarının yaradılması prosesinin davamı kimi soyuducu anbarların yaradılması istiqamətində fərdi qaydada müraciət edən sahibkarlıq subyektlərinin təkliflərini nəzərə alaraq Cəlilabad rayonunda 2 ədəd 10 tonluq taxıl anbarının və iki ədəd (2 tonluq və 4 tonluq) soyuducu anbarının tikintisi nəzərdə tutulub.

Artıq SKMF-in icraçı direktoru Şirzad Abdullayevin iştirakı ilə tikiləcək anbarların ərazisinə baxış keçirilib. Anbarları inşa edəcək “Avanqard” MMC və “Cavid-Ş” sahibkarlıq subyektlərinə 2 milyon və 1 milyon manat kreditlər verilib.

Respublikada soyuducu anbarların tikintisi ilə əlaqədar 4 iqtisadi rayonda 13 investisiya layihəsi müəyyənləşdirilib. Ona qədər layihə SKMF tərəfindən maliyyələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR