Bank Of Baku

Azərbaycanda pas xəstəliyi yayıla bilər

Azərbaycanda pas xəstəliyi yayıla bilər
# 11 dekabr 2009 15:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bərdədə Aqro İnformasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə «Buğda bitkisində pas xəstəlikləri» mövzusunda sahə günü keçirilib.

AİM-dən «APA-Economics»ə verilən məlumata görə, İran və Türkiyədə buğda bitkisində yayılmış pas xəstəlikləri Azərbaycanda da narahatlıq yaradıb. Bu məqsədlə təşkilat tərəfindən yerlərdə silsilə görüşlərin keçirilməsinə başlanıb.

Bərdənin Qəhrəmanlı kəndində keçirilən tədbirdə AİM-in təlimatçı heyəti və fermerlərlə yanaşı Qəhrəmanlı kənd bələdiyyə və icra strukturlarının nümayəndələri, Tərtər Aqrar-Elm Mərkəzinin direktoru Mehman Babayev və aparıcı mütəxəssislər də iştirak edib.

Tədbirdə bu problemin gələcəkdə baş verməməsi üçün əməli tədbirlərin görülməsi, baş verdiyi halda problemdən necə qurtulmaq yolları diqqətə çatdırılıb. Qeyd olunub ki, aqrotexniki mübarizədə toxumların dərmanlanması, aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir. Xəstəliyin ilk əlamətləri müşahidə edildikdə, funqisidlərdən istifadə etmək məsləhət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR