Bank Of Baku

Nazir: “Azərbaycan fermerləri hələ ki, keyfiyyətli taxıl istehsal edə bilmirlər”

Nazir: “Azərbaycan fermerləri hələ ki, keyfiyyətli taxıl istehsal edə bilmirlər”
# 14 dekabr 2009 11:24 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. “Taxıl ehtiyatı üçün keyfiyyətli taxıl lazımdır. Azərbaycanda isə keyfiyyətli taxıl növləri çox az əkilir. Bu il Fövqəladə Hallar, Kənd Təsərrüfatı, İqtisadi İnkişaf nazirlikləri və digər aidiyyəti qurumlarla birgə müzakirələr aparılıb, emalçılara, fermerlərə münasib sortlardan olan taxıl istehsal etmək tövsiyə olunub”. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu sözləri Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin taxıl ehtiyatları və bu istiqamətdə görülən işlər, həmçinin fermerlərin istehsal etdikləri taxılı sata bilməmələrindən şikayətlənmələrinə dair sualı cavablandırarkən deyib.

Ölkə fermerlərinin hələ ki, keyfiyyətli taxıl istehsal edə bilmədiyini qeyd edən nazir dövlətin fermerlərin istehsal edəcəyi taxılı almaq barədə öhdəlik götürmədiyini də diqqətə çatdırıb: “Məgər dövlət müqavilə bağlayır ki, fermer ildə nə qədərsə taxıl istehsal etməli, dövlət onu almalıdır?”

K.Heydərov FHN-in nəzdindəki Dövlət Taxıl Fondunun bu ildən yerli fermerlərdən taxıl almağa başladığını da vurğulayıb.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda 2 810,7 min ton taxıl istehsal edilib və bu, 2008-ci illə müqayisədə 20% çoxdur. Bunun 2 131,1 min tonu ərzaq buğdası olub. Ölkə üzrə taxılçılıqda (qarğıdalısız) orta məhsuldarlıq səviyyəsi 25,9 sentner/ha olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR