Bank Of Baku

“Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib

“Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib
# 15 dekabr 2009 15:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin iclasında “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. APA-nın xəbərinə görə, sənəd haqqında Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. Komitə sədri deyib ki, birinci oxunuşdan sonra sənəd üzərində təkmilləşdirmə aparılıb. O bildirib ki, qanun layihəsində torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı prosesin şəffaf keçirilməsi təmin edilib. Qanuna əsasən torpaqlar dövlət ehtiyacları üçün alındığı zaman torpaq sahəsi üzərində mülkiyyət hüququ olan şəxslərə kompensasiya verilir. Eyni zamanda, bu məsələ ətrafında yaranan mübahisələr yalnız məhkəmə yolu ilə həll olunur. Müzakirələrdən sonra sənəd ikinci oxunuşda qəbul edilib.

İclasda həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi də müzakirə olunub. Sənəd haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bu qanunun qəbulu ilə icbari sığorta üzrə dövlət nəzarətinin təmin ediləcəyini söyləyib. Onun sözlərinə görə, bu qanun sığorta bazarının təkmilləşdirilməsinə xidmət edir. Z. Səmədzadə sənəddə zərərçəkməyə görə sığorta haqlarının ödənilməsindən də bəhs edildiyini bildirib: “Qanun layihəsində xarici vətəndaşların sığorta olunması proseduru da əksini tapıb”.

Müzakirələrdən sonra sənəd konseptual baxımdan müsbət qiymətləndirilərək birinci oxunuşda qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR