Bank Of Baku

Gədəbəyin qış otlaq sahələrinin Tovuz rayonuna verilməsi heyvandarlıqla məşğul olan gədəbəylilərdə narazılıq yaradıb

Gədəbəyin qış otlaq sahələrinin Tovuz rayonuna verilməsi heyvandarlıqla məşğul olan gədəbəylilərdə narazılıq yaradıb
# 17 dekabr 2009 12:55 (UTC +04:00)
Gədəbəy. Ayxan Hüseynov - APA. Gədəbəy rayonunda heyvandarlıqla məşğul olan yerli sakinlərin qış otlaq sahələrindən istifadə etməsi çətinləşib. Bu barədə APA-nın qərb bürosuna Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev məlumat verib. O bildirib ki, qanuni baxımdan Gədəbəyə aid qış otlaq sahəsi sayılan Çeyrançöl ərazisi heç kimə deyilmədən Tovuz rayonuna verilib. Gədəbəy rayonunda heyvandarlıqla məşğul olan şəxslər bu otlaqlardan istifadə etmək üçün sənəd və arayış almaq üçün Tovuz rayonuna getməli olurlar. Q. Paşayev gədəbəylilərin bu sənədləri düzəldərkən bir sıra problemlə üzləşdiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR