Azərbaycan yanvar-noyabr aylarında kənd təsərrüfatı istehsalını 3,3% artırıb
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, toplanılan məhsulun 2 137,5 min tonu və ya 71,5%-i payızlıq və yazlıq buğda, 151,2 min tonu və ya 5,1%-i isə qarğıdalı dəninin payına düşüb.
Qarğıdalı daxil olmaqla taxıl istehsalı sahəsində ayrı-ayrı rayonlarda nisbətən daha yüksək nəticələr əldə edilib ki, bu il Şəkidə 232,3 min ton, Cəlilabadda 131,8 min ton, Sabirabadda 115,8 min ton, Saatlıda 105,8 min ton, Neftçalada 104,1 min ton, Füzulidə 101,3 min ton, Bərdədə 95,2 min ton, Beyləqanda 95 min ton, Ağsuda 92,6 min ton və Biləsuvarda 91,5 min ton taxıl istehsal olunub. Bu rayonlar ölkədə istehsal olunan taxılın 39%-ni verib.
Bundan başqa, mövsüm ərzində sahələrdən 410 min ton bostan məhsulları, 979,1 min ton kartof, 1 161.7 min ton tərəvəz istehsal edilib. Ötən illə müqayisədə bostan məhsullarının istehsalı 0,5% artıb, kartof istehsalı 9%, tərəvəz istehsalı isə 3,4% azalıb.
Bununla yanaşı, 2009-cu il dekabrın 1-nə təsərrüfatlar tərəfindən 28,3 min ton xam pambıq və 2,6 min ton tütün yarpağı yığılıb ki, bu da ötən ilin göstəricisindən müvafiq olaraq 1,8 dəfə və 4% azdır.
Cari ildə həmçinin 7,6 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib, hesabat tarixinə 6,5 min hektar sahənin çuğunduru qazılıb və həmin sahələrdən 174,5 min ton məhsul götürülüb.
Meyvəçilik və üzümçülük sahəsinə gəldikdə isə, hesabat dövründə 704,5 min ton meyvə və giləmeyvə, 123,3 min ton üzüm məhsulu, 374,3 ton yaşıl çay yarpağı toplanıb. Ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı 0,9%, üzüm istehsalı 13,2%, yaşıl çay yarpağının istehsalı isə 21,7% artıb.
Bundan başqa, ötən 11 ay ərzində diri çəkidə 278,8 min ton ət, 1 307,7 min ton süd, 1 080,5 mln. ədəd yumurta və fiziki çəkidə 14,9 min ton yun istehsal edilib. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0,5%, süd istehsalı 3,1%, yumurta istehsalı 9,3% və yun istehsalı 4,6% artıb.
Kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 11 ay ərzində 3,3%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,4%, bitkiçilik məhsulları istehsalı isə 3,9% artıb.
Qeyd edək ki, hesabat dövründə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş mal və xidmətlərin faktiki qiymətlərlə dəyəri 1 497 min manat olub. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən isə 124 min manatlıq balıq ovlanıb.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO