Bank Of Baku

Bu ilin əvvəlindən Azərbaycanda kənd təsərrüfatı məhsulları 0,6% bahalaşıb

Bu ilin əvvəlindən Azərbaycanda kənd təsərrüfatı məhsulları 0,6% bahalaşıb
# 18 dekabr 2009 13:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 99% təşkil edib, yanvar-noyabr aylarında isə 2008-ci ilin müvafiq dövrünə nisbətən 0,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin noyabr ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 99,1% olub. Bu bölmədə dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri 0,3%, tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının qiymətləri 0,8%, meyvələr və qoz-fındığın qiymətləri isə 2,7% ucuzlaşıb.

Bundan başqa, noyabr ayında diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən aya nisbətən 96,3% təşkil edib. Heyvandarlıq bölməsində diri iribuynuzlu qaramal və onun törəməsi məhsulları 5,8%, diri qoyun, keçi və onlardan alınan məhsullar 0,2%, diri quş və yumurtanın istehsalçı qiymətləri isə 4,3% ucuzlaşıb.

Qeyd edək ki, noyabrda həmçinin meşə təsərrüfatından yanacaq oduncağının istehsalçı qiyməti əvvəlki aya nisbətən 21,7% bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının qiymətlərində ay ərzində heç bir dəyişiklik olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR