Bank Of Baku

Azərbaycan bu il üzüm istehsalını 13% artırıb

Azərbaycan bu il üzüm istehsalını 13% artırıb
# 21 dekabr 2009 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dekabrın 1-dək Azərbaycanın üzüm bağlarından 123,3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 14,4 min ton çox (13,2%) məhsul toplanıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ildə 31,3 min ton, o cümlədən İmişli rayonunda 6 min ton, Kürdəmirdə 4,5 min ton, Xaçmazda 3,4 min ton, Naxçıvan Muxtar Respublikasında 3,2 min ton, Gəncə şəhərində 2,9 min ton, Göyçay rayonunda 2,8 min ton, Göygöldə 1,9 min ton, Bakı şəhərinin Nərimanov rayonunda 1,5 min ton, Şəmkirdə 1,6 min ton, İsmayıllıda 1,2 min ton, Tovuzda 900 ton, Abşeronda 719 ton və Ağstafa rayonunda isə 430 ton üzüm sənaye emalına verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR