Bank Of Baku

Azərbaycan un idxalını 3 dəfə azaldıb

Azərbaycan un idxalını 3 dəfə azaldıb
# 23 dekabr 2009 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 841 990 ton buğda, 32 729,1 ton un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə idxal olunmuş buğdanın dəyəri 176 715,5 min ABŞ dolları, unun dəyəri isə 7 403,6 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycana buğda idxalı 40,7%, un idxalı isə 3,1 dəfə azalıb. Buğda və unun dəyəri isə müvafiq olaraq 1,9 və 6,3 dəfə aşağı düşüb.

Qeyd edək ki, cari il may ayının 1-dən Azərbaycana idxal olunan buğda və una əlavə dəyər vergisinin tətbiqinə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR