Bank Of Baku

Azərbaycanda yaxın vaxtlarda buğda istehsalçılarına gələn il üçün yanacağa görə subsidiyalar ayrılacaq

Azərbaycanda yaxın vaxtlarda buğda istehsalçılarına gələn il üçün yanacağa görə subsidiyalar ayrılacaq
# 24 dekabr 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi yaxın günlərdə buğda istehsalçılarına yanacaq üçün 40 manat məbləğində subsidiyaların verilməsi barədə qərar qəbul edəcək. «APA-Economics»in məlumaına görə, bunu kənd təssərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, ərzaq buğdası istehsalçılarına subsidiyanın verilməsi üçün hazırlanmış sənədlər bu gün Dövlər Kommisiyasının iclasında müzakirə edilərək Maliyyə Nazirliyinə göndəriləcək.

«Düşünürəm ki, qısa zaman müddətində Maliyyə Nazirliyi həmin vəsaitin yerlərdə istehsaçılara çatdırılmasını təmin edəcək. Sənədlərin hazırlanmasına və toplanmasına dekabrın 1-dən başlanıb», - deyə nazir vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər 1 hektar sahənin becərilməsi üçün istifadə olunmuş yanacaq və motor yağlarına görə 40 manat, buğda istehsalçılarına isə əlavə olaraq 40 manat (1 ha sahəyə ümumilikdə 80 manat) subsidiya verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR