Bank Of Baku

Azərbaycanda gələn il taxıl istehsalının azalması gözlənilir

Azərbaycanda gələn il taxıl istehsalının azalması gözlənilir
# 24 dekabr 2009 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn il ərzində Azərbaycanda əkin sahələrinin gözlənilən azalması ilə əlaqədar taxılın istehsalında müəyyən azalma proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu kənd təssərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, cari ilin dekabr ayının 1-nə olan məlumatlara əsasən, ölkədə taxıl üçün əkilən torpaq sahələri 153 min hektar azalıb. «Bu statistik rəqəmdir və bunun da müqabilində gələn il taxıl istehsalında müəyyən azalmalar olacaq», - deyə nazir vurğulayıb.

İ.Abasov bildirib ki, ölkədə yerli istehsal tələbatı tam ödəmədiyinə görə, Azərbacana taxıl idxalı davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR