Bank Of Baku

Nazir: Azərbaycanda çörəyin qiymətinin qalxmasına heç bir əsas yoxdur

Nazir: Azərbaycanda çörəyin qiymətinin qalxmasına heç bir əsas yoxdur
# 24 dekabr 2009 15:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda çörəyin qiymətinin qalxmasına heç bir əsas yoxdur. Bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, dünya bazarında taxılın qiymətinin düşməsi, eyni zamanda istehsal olunmuş yerli buğdanın kifayət qədər aşağı qiymətə alınması çörəyin qiymətinin artmasına gətirib çıxara bilməz.

İ.Abasov bildirib ki, bəzi hallarda buğdanın maya dəyərindən də aşağı qiymətə alınması təklif olunub ki, bu da yaxşı hal deyil.

«Nazirliyə daxil olan məlumata görə, bu günədək bəzi rayonlarda satılmamış ərzaq buğdası var. Belə olan halda, yəni buğdanın qiyməti aşağı olarsa, mənim fikrimcə, çörəyin qiyməti də aşağı olmalıdır. Əgər çörək bişirilərkən onun maya dəyəri aşağı olursa, bu zaman onun qiyməti də azalmalıdır», - deyə nazir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR