Bank Of Baku

Gürcüstan sitrusların ixracını rekord həddə çatdırıb

Gürcüstan sitrusların ixracını rekord həddə çatdırıb
# 28 dekabr 2009 13:11 (UTC +04:00)
Tiflis. Nino Jvaniya - APA. Gürcüstanın MDB ölkələrinə sitrusların ixrac həcmi əvvəlki illərlə müqayisədə üç dəfə artıb. APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib. Prezident qeyd edib ki, Rusiyanın təzyiqinə baxmayaraq, Belarus və Qazaxıstan Gürcüstan məhsullarını öz ərazisinə buraxıb və bu, ixracın həcminin artmasına səbəb olub.

M.Saakaşvilini sözlərinə görə, bu səbəbdən də Rusiya embarqosunun artıq mənası yoxdur, onun yalnız bir nəticəsi olacaq ki, Rusiyada Gürcüstan mandarini olmayacaq.

Qeyd edək ki, bu mövsüm ərzində Acarıstanda 80 min ton sitrus satılıb. İxracın ümumi dəyəri isə 50 mln. lari (təxminən 24 mln. manat) təşkil edib. Günrcüstanın kənd təsərrüfatı naziri Bakur Kvezereli bunu son onilliklər üçün misli görünməmiş göstərici kimi qiymətləndirib. Hazırda Gürcüstan sitrusları 10 ölkəyə ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR