Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılıb

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılıb
# 29 dekabr 2009 07:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncam imzalayıb. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncama əsasən, 2010-cu ildə xaricdən damazlıq heyvanların idxal edilməsi və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» ASC-yə 3 mln. manat vəsait ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə göstərilən vəsaitin qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR