Bank Of Baku

Xaricdən Azərbaycana cins qaramalın gətirilməsi üçün yeni tender keçiriləcək

Xaricdən Azərbaycana cins qaramalın gətirilməsi üçün yeni tender keçiriləcək
# 30 dekabr 2009 13:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan prezidenti tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC-yə ayrılmış vəsait hesabına xaricdən cins qaramalın ölkəyə gətirilməsi üçün gələn ilin əvvəlində yeni tender keçirəcək. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin tingçilik, toxumçuluq və damazlıq heyvandarlıq şöbəsinin müdiri Kamil Şamilov məlumat verib.

K.Şamilovun sözlərinə görə, dekabrın 28-də prezidentin imzaladığı sərəncama əsasən cins qaramalın alınması üçün «Aqrolizinq» ASC-yə 3 mln. manat vəsait ayrılıb. Hazırda səhmdar cəmiyyəti hansı ölkələrdən qaramalın alınması məsələsini müzakirə edir.

K.Şamilov bildirib ki, Baltik ölkələri, Belarus, Avstriya, Niderland və İsveçrə kimi ölkələr diqqət mərkəzindədir. Cins heyvanların hansı ölkədən alınması isə tender nəticəsində bəlli olacaq.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Almaniyadan əsasən şvis, südlük qara-ala, Holstin-Friz və Sim-mental cinslərindən olmaqla 770 baş inək alıb. Heyvanları “Aqrolizinq” ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın “Rista Alliance” şirkəti gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR