Bank Of Baku

Gürcüstanın aparıcı şərab istehsalçıları gələn il Azərbaycana ixracı bərpa edəcək

Gürcüstanın aparıcı şərab istehsalçıları gələn il Azərbaycana ixracı bərpa edəcək
# 30 dekabr 2009 14:09 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstanın aparıcı şərab istehsalçısı olan şirkətlər 2010-cu ildə Azərbaycana şərab ixracını bərpa etməyi planlaşdırır.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin apardığı araşdırma nəticəsində məlum olub ki, əksər yerli şərab istehsalçılarının məhsullarının Azərbaycana ixracı 2-3 ildir dayandırılıb.

“Teliani Veli” şirkətinin PR-meneceri Tea Tuaşvili APA-ya bildirib ki, əvvəllər istehsal etdikləri məhsul Azərbaycana ixrac olunub: “Amma 2007-ci ildə bu məhsulların idxalı ilə məşğul olan Azərbaycan şirkəti bağlandığından, bu prosesdə fasilə yaranıb. Bununla belə, 2010-cu ildə öz bazarımızı genişləndirmək və Azərbaycana məhsul ixracını bərpa etmək niyyətindəyik”.

T.Tuaşvili qeyd edib ki, hazırda “Teliani Veli” şirkəti dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edir. Onların arasında Ukrayna, Belarus, İsveç, Hollandiya, AFR, ABŞ, Kanada, Böyük Britaniya və Baltikyanı ölkələr də var. Bu ilin may ayından isə bu ölkələrin siyahısına Sinqapur da əlavə olunub. Ümumilikdə, 2009-cu ildə şirkət 2 mln. dollarlıq məhsul satmağa nail olub.

Gürcüstanın “Tbilisski marani”, “Alaverdi” və “Badaqoni” kimi şərab istehsalçıları da APA-ya 2010-cu ildə Azərbaycana məhsul ixrac etmək planlarını açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR