Bank Of Baku

“Xıllı Nərə” balıqartırma zavodu Xəzər dənizinə 41 mln. nərə cinsli balıq körpələri buraxıb

“Xıllı Nərə” balıqartırma zavodu Xəzər dənizinə 41 mln. nərə cinsli balıq körpələri buraxıb
# 31 dekabr 2009 02:48 (UTC +04:00)
Neftçala. Əlibәy Zeynallı - APA. Neftçala rayonunun “Xıllı Nərə” balıqartırma zavodu tərəfindən 41,4 mln. nərə cinsli balıq körpələri Kür çayının mənsəbinə tökülərək Xəzər dənizinə buraxılıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna “Xıllı Nərə” balıqartırma zavodunun baş balıqşünası Cabbar Həsənov məlumat verib.

Onun dediyinə görə, 2003-cü ildən istifadəyə verilən zavodun istehsal gücü 15 mln. nərə balığı körpəsi olsa da, bu il 4,4 mln. nərə cinsli balıq körpələri (1,0-1,2q) yetişdirilərək Kür çayının mənsəbinə buraxılıb. Zavodda balıqların yetişdirilməsi üçün bütün müasir avadanlıqlar, süni mayalanma üçün lazım olan vasitələr mövcuddur. Hazırda zavod şəraitində süni yolla alınmış 1-5 yaşlı 4 min ədəd nərə cinsli balıq saxlanılır.

Hər il zavod tərəfindən törədici balıqlar tədarük edilir. Zavodun əsas tərəfdaşları “Caspian Fish” və “Xəzərbalıq” MMC balıqovlama şirkətləridir.

Xatırladaq ki, Xəzər dənizi dünyada nərə balıq ehtiyatlarının 80%-nə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR