Bank Of Baku

Rusiya ABŞ-dan toyuq ətinin idxalına qadağa qoyub

Rusiya ABŞ-dan toyuq ətinin idxalına qadağa qoyub
# 11 yanvar 2010 09:31 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya ABŞ-dan toyuq ətinin idxalına qadağa qoyub. “APA-Economics”in məlumatına görə, buna səbəb ABŞ məhsullarında xlorun miqdarının çox olmasıdır.

Rusiyada istehlak bazarına nəzarət edən dövlət orqanının (Rospotrebnadzor) 1 yanvar 2010-cu ildən qüvvəyə minən “Toyuq ətinin istehsalı və dövriyyəsi haqqında” yeni sanitar normaları qüvvəyə minib. ABŞ-dan idxal olunan toyuq məhsulları isə bu normalara cavab vermir.

Ümumilikdə 2009-cu ildə Rusiyada 3,45 mln. ton toyuq əti satılıb. Bunun 2,5 mln. tonu yerli istehsalın payına düşür. Ötən il Rusiya toyuq əti bazarının 22%-ni, idxalın isə 79%-ni ABŞ məhsulları təşkil edib.

2010-cu ildə ABŞ-dan Rusiyaya 600 min ton toyuq əti idxal olunmalı idi. Bu isə bütün idxalın 77%-ni təşkil edəcəkdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR