Bank Of Baku

Azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi 40 illik icarəyə verilib

İlhamə Qədimova

© APA | İlhamə Qədimova

# 23 aprel 2025 11:43 (UTC +04:00)

“Azad edilmiş ərazilərdə müasir suvarma sistemi tətbiq olunur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavini bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası diqqət mərkəzindədir: “Bu sahədə yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi qarşıya vəzifə kimi qoyulub. Azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi ayrı-ayrı subyektlərə icarəyə verilib”.

O, Zəngilan rayonunda kənd təsərrüfatı təyinatlı 2220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda isə 2000 hektar torpağın aqrar sahədə fəaliyyət göstərənlərə uzunmüddətli - 40 illik icarəyə verildiyini bildirib.

Nazir müavininin sözlərinə görə, azad edilmiş ərazilərdə aqrar sahə subyektləri ilə qısamüddətli müqavilələr də bağlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR