Bank Of Baku

Fermerlər subsidiya üçün SİS-ə daxil etməli olduğu sənədə dair tələb dəyişib

Fermerlər subsidiya üçün SİS-ə daxil etməli olduğu sənədə dair tələb dəyişib
# 28 fevral 2025 13:29 (UTC +04:00)

Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməlidirlər.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə daxil etməsi tələbi qoyulmuşdu. Beləliklə, bununla bağlı müddət 2 il təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR