Bank Of Baku

"Prime Cotton” MMC-nin ixrac gəlirləri 2 dəfəyə yaxın artıb

"Prime Cotton” MMC-nin ixrac gəlirləri 2 dəfəyə yaxın artıb
# 04 mart 2026 12:31 (UTC +04:00)

Bu ilin yanvar ayında "Prime Cotton” MMC 9,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 84% və ya 1,8 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında şirkət 5 milyon dollarlıq məhsul ixrac etmişdi.

Onu da bildirək ki, cari ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinqində "Prime Cotton” MMC 3-cü yerdə qərarlaşıb.

"Prime Cotton" MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirir. Bu məhsullar əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR