Lənkəranda mağaza qarət olunub

Lənkəranda mağaza qarət olunub
# 18 noyabr 2017 09:56 (UTC +04:00)

Lənkəranda mağazadan oğurluq olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə,hadisə Lənkəranın Şiləvar kəndində baş verib.

Naməlum şəxs və ya şəxslər axşam saatlarında kənd sakini Cavid Rəsulova məxsus mağazaya giriblər və oradan 800 manat dəyərində ərzaq məhsulları və siqaret oğurlayıblar.

Hadisə ilə bağlı polisə məlumat verilib. Bu, mağazadan edilən ikinci oğurluq hadisəsidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR