Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş C. Seyfullayev bu ilin mayın 8-də Xətai rayonunda Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Məlum olub ki, hadisədən əvvəl C. Seyfullayev bibisi oğlu Musa Nurullayev kafelərdən birində yeyib-içiblər. Sərxoş olan qohumların zarafatları bir-birlərinin xoşuna gəlməyib və mübahisə qətllə nəticələnib.
Cavidan Seyfullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.