Kataloniyanın sabiq liderinin ekstradisiyası ilə bağlı dinləmələr təxirə salınıb

Kataloniyanın sabiq liderinin ekstradisiyası ilə bağlı dinləmələr təxirə salınıb
# 18 noyabr 2017 10:50 (UTC +04:00)

İspaniyanın Kataloniya bölgəsinin sabiq rəhbəri Karles Puçdemonun Madridə ekstradisiyası ilə bağlı Brüsseldə keçirilən dinləmələr zamanı qərar qərar qəbul edilməyib.

APA-nın "Bgonair.bg" saytına istinadən verdiyi xəbərə görə, dinləmələr 2018-ci il 4 dekabrda davam etdiriləcək və qərar veriləcək.
Prosesdə həmçinin Kataloniya muxtar vilayətinin keçmiş hökumətinin dörd üzvü barəsində qərar çıxarılacaq.

Xatırladaq ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası hazırda Belçikada olan K.Puçdemon və muxtariyyətin keçmiş hökumətinin 4 üzvünün həbs edilməsinə dair qərar verib. Noyabrın 5-də Kataloniyanın keçmiş lideri və tərəfdaşları könüllü şəkildə Brüssel polisinə gediblər.
Təqsirləndirilənlər dinlənildikdən sonra belçikalı hakim Puçdemon və tərəfdaşlarının azadlıqda qalmasına dair qərar qəbul edib. Amma onlara Krallığın ərazisini tərk etmək qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR