Kerri: “Qüds İsrail və Fələstinin paytaxtı olmalıdır”

Kerri: “Qüds İsrail və Fələstinin paytaxtı olmalıdır”
# 28 dekabr 2016 20:41 (UTC +04:00)

Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb. C.Kerrinin sözlərinə görə, rəsmi Tel-Əviv və Fələstin muxtariyyəti sülh prosesinin nizamlanmasının pozulma təhlükəsinə görə məsuliyyət daşıyırlar.

“Nə məskunlaşma siyasətinin yeridilməsi, nə də terror bu prosesə uğur gətirə bilməz”, deyə C.Kerri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR