Gürcüstan hökuməti ən çox vəsaiti müsəlman icmasına ayırıb

Gürcüstan hökuməti ən çox vəsaiti müsəlman icmasına ayırıb
# 24 yanvar 2018 15:37 (UTC +04:00)

Gürcüstan hökuməti 2018-ci ilin dövlət büdcəsindən dini icmalara 4,5 milyon lari (1,7 mln. dollar) vəsait ayırıb.

APA-nın yerli bürosunun Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin mərhələdə vəsaitin 3,5 milyon larisi (1,3 mln. dollar) dini icmalar arasında bölünüb. Bölgüyə əsasən 2,2 milyon lari (874,7 min dollar) məbləğində vəsaitin ən böyük hissəsi Gürcüstanın müsəlman icması üçün nəzərdə tutulub. Erməni xristian icmasına 600 min lari (238,5 min dollar), Roma katolik icmasına 400 min lari (159 min dollar), yəhudi icmasına isə 300 min lari (119,2 min dollar) vəsait ayrılıb. Yerdə qalan 1 milyon lari məbləğində vəsaitin bölgüsü isə daha sonra aparılacaq.


Qeyd edək ki, Gürcüstan hökuməti hər il dini icmalara onların sovet dövründə məruz qaldıqları ziyanın ödənilməsi məqsədilə kompensasiya ödəyir.
Gürcüstanda əhalinin 10,74%-i islam dininə etiqad edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR