"Ziraat Bank Azərbaycan" ötən ili 6 mln. manat mənfəətlə başa vurub

"Ziraat Bank Azərbaycan" ötən ili 6 mln. manat mənfəətlə başa vurub
# 11 yanvar 2017 10:52 (UTC +04:00)

“Ziraat Bank Azərbaycan” 2016-cı ilin IV rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. “APA-Economics”in verdiyi xəbərə görə, ötən il bankın aktivlərinin həcmi 132,196 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 45,6% çoxdur.

Bankın kredit portfelinin illik müqayisədə 4,9 dəfə artaraq 54,666 mln. manata, depozit portfeli isə 8 dəfə artaraq 37,925 mln. manata bərabər olub.

Ötən il bankın məcmu kapitalı 9,6% artaraq 59 mln. 424,56 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 50 mln. manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 14,065 mln. manat, xərcləri isə 5,935 mln. manat olub.

Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2016-cı ili 5 mln. 956,91 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR