Nyu-Yorkda polislər dəyənəklə onlara hücum edən şəxsi öldürüblər

Nyu-Yorkda polislər dəyənəklə onlara hücum edən şəxsi öldürüblər
# 20 noyabr 2016 00:48 (UTC +04:00)

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda polis əməkdaşları dəyənəklə onlara hücum edən şəxsi öldürüblər. İnsident zamanı polislər də xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Braunsvill məhəlləsini patrul edərkən naməlum şəxsin hücumuna məruz qalıblar. Polisin dəyənəyini ələ keçirən şəxs asayiş keşikçilərinə zərbələr endirməyə başlayıb. Polislər atəş açaraq hücum edən şəxsi öldürüblər.

Polislərdən bir neçəsi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR