Prezident İlham Əliyev Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub

Prezident İlham Əliyev Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub
# 03 avqust 2017 13:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlət başçısına zavod barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

Diqqətə çatdırılıb ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR