FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb
# 11 iyun 2015 01:30 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “MƏRKƏZİ” kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanıb. Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən Bristol mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb.

Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR