Kaxa Kaladze: “Qazprom”la danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”

Kaxa Kaladze: “Qazprom”la danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”
# 26 noyabr 2016 07:51 (UTC +04:00)

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstana təbii qazın əsas hissəsi bu ölkədən idxal olunur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze deputatların iştirak etdiyi iclasda bildirib.

Onun sözlərinə görə, fevral ayında Azərbaycanla qaz idxalına dair vacib sənədlər imzalanıb.

“Vahid Milli Hərəkat” partiyasının deputatı Roman Qotsiridzenin sualını cavablandıran nazir “Qazprom”la yenə danışıqların aparılacağını da istisna etməyib: “Biz “Qazprom”la ölkəmizin maraqları üçün danışıqlar aparmışıq. Bu şirkətlə keçiriləcək danışıqlarda Gürcüstanın maraqlarını müdafiə edəcəyik”.

Qeyd edək ki, Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə danışıqları 2016-cı ilin aprelində başa çatıb və əvvəlki öhdəliklər yenə də qüvvədə qalır. Müqaviləyə görə, Gürcüstan Ermənistana təbii qazın tranziti müqabilində ötürülən qazın 10 faizini alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR