Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub
# 03 aprel 2017 00:44 (UTC +04:00)

Rusiyanın Kamçatka diyarında 4,8 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 121 km cənub-şərqdə, Sakit okean akvatoriyasında, ocağı isə 42 km dərinlikdə yerləşib.

Zəlzələ Petropavlovsk-Kamçatskda 2 bal gücündə hiss olunub. Dağıntı və zərərçəkən yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR