Binəli Yıldırım: “Hatay və Kilisin atəşə tutulması nəticəsində 7 nəfər ölüb, 113-ü yaralanıb”

Binəli Yıldırım: “Hatay və Kilisin atəşə tutulması nəticəsində 7 nəfər ölüb, 113-ü yaralanıb”
# 04 fevral 2018 21:06 (UTC +04:00)

Suriya ilə həmsərhəd Hatay və Kilis əyalətlərinin raket atəşinə tutulması nəticəsində indiyədək 7 mülki şəxs həlak olub, 113-ü yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Onun sözlərinə görə, terrorçular tərəfindən Hatay istiqamətində 60 raket buraxılıb, Kilis əyalətinə 34 mərmi düşüb.

Yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR