Şirvan Apellyasiya Məhkəməsində Cəlilabad rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Əli Xanbaba oğlu Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2017-ci ilin aprel ayında Cəlilabad rayonunun Sərhədabad kəndində həmin kəndin sakini, 1992-ci təvəllüdlü Əli Xanbaba oğlu Əliyev aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1975-ci təvəllüdlü Nemət Eldar oğlu Astanovu bacısının həyətində 18 bıçaq zərbəsi ilə qətlə yetirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Xanbaba oğlu Əliyev17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.