Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə zərərçəkmişləri mənzillə təmin edəcəyini deyib

Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə zərərçəkmişləri mənzillə təmin edəcəyini deyib
# 17 oktyabr 2016 15:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə. Cəfərov bəzi zərərçəkmişləri mənzillə təmin edəcəyini deyib.

Bundan sonra 6 nəfər zərərçəkmiş mənzillə bağlı ərizə yazıb.

Proses oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR