Sankt-Peterburq metrosundakı terrorla bağlı 8 nəfər saxlanılıb

Sankt-Peterburq metrosundakı terrorla bağlı 8 nəfər saxlanılıb
# 11 aprel 2017 11:21 (UTC +04:00)

Sankt-Peterburq metrosunda terror aktı ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri zamanı 8 nəfər saxlanılıb.

APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. O bildirib ki, əməliyyat-axtarış tədbirləri və araşdırmalar nəticəsində 6-sı Sankt-Peterburq, 2-si isə Moskvada olmaqla, 8 nəfər saxlanılıb. Onların hamısı Mərkəzi Asiya mənşəlidir. Axtarışlar zamanı əməliyyatçılar çoxlu sayda silah və təhlükəli vasitələr aşkarlayıb. Hazırda terror aktının təşkilatçısı axtarılır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburqun “Sennaya ploşşady” və “Texnoloqiçeskiy institut-2” metro stansiyaları arasında partlayış baş verib. Nəticədə 14 nəfər ölüb. İstintaqın qənaətinə görə, terror aktını Qırğızıstan əsilli Akbarjon Cəlilov törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR