DHL Azərbaycan bazarına daxil olur

DHL Azərbaycan bazarına daxil olur
# 26 oktyabr 2016 07:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Vergilər Nazirliyi “DHL Forwarding Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.

Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Türkiyə Respublikası vətəndaşı İnanc Behcet Keremdir. Şirkət DHL-in törəməsidir.

Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistik bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.

Cari ilin may ayında İstanbulda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti DHL şirkətinin nümayəndələri ilə görüşüb. DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnancla birgə keçirilən görüşdə tərəflər gələcəkdə Azərbaycanda iri logistik paylayıcı mərkəzin - “hab”ın yaradılması haqda razılığa gəliblər. Həmin “hab” vasitəsi ilə, Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR