Suriyada döyüşən azərbaycanlıya hökm oxunub

Suriyada döyüşən azərbaycanlıya hökm oxunub
# 25 iyul 2018 10:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Hüseynov 2014-2015-ci illərdə Suriyada qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib.

O, İŞİD tərkibində olan "Çeçen caamatı" qrupuna qoşulub. Daha sonra R.Hüseynov Türkiyəyə qayıdıb və orada saxlanaraq, Azərbaycana deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR