Ötən rüb avtomobil benzininin istehsalı 9% artıb

Ötən rüb avtomobil benzininin istehsalı 9% artıb
# 18 aprel 2017 08:13 (UTC +04:00)

Cari ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 622,5 mln. manat olmaqla ötən ilin analoji dövrü ilə müqayisədə 11,6% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 13,6%, yanacaq mazutunun istehsalı 42,3%, dizel yanacağının istehsalı 19,4%, neft bitumunun istehsalı 21,4% azalıb.

Avtomobil benzininin (9%), sürtgü yağlarının (3,7 d.) və neft koksunun (93,9%) istehsalı artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 201,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 4,3% azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalında 42,4%, əczaçılıq məhsullarının istehsalında isə 2,4 dəfə artıb.

Əsas kimya məhsullarından azot istehsalı 1%, oksigen istehsalı 76,3%, izopropil spirti istehsalı 12,9% azalıb. Bununla yanaşı, propilen istehsalı 4,3%, lak-boya məmulatlarının istehsalı 2,7 dəfə, etilen istehsalı 3,6% artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 60,4%, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 14 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 33,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR