Yanvarda Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Yanvarda Azərbaycan Türkiyəyə qaz ixracını artırıb
# 29 mart 2018 11:16 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 594,15 mln. kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,64% çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarına Tənzimlənməsi üzrə Qurumunun (EPDK) açıqladığı statistikada qeyd edilib.

Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Azərbaycan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz ixrac edib.

Yanvarın sonuna olan göstəricilərə əsasən, Türkiyənin qaz idxalında Azərbaycanın payı 9,56%-dir. Ötən ilin yanvar ayında bu göstərici 9,98% olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyəyə, ümumilikdə 6 mlrd. 216,54 mln. kubmetr təbii qaz idxal edilib. Nəql edilən təbii qazın 4 mlrd. 256,44 mln. kubmetri boru kəmərləri, 1 mlrd. 960,07 mln. kubmtri isə LNG (mayeləşdirilmiş) təbii qaz olub.

Türkiyəyə qaz idxal edən ölkələrin siyahısına Rusiya başçılıq edir. Yanvarda şimal qonşumuz Türkiyəyə 2 mlrd. 825,99 mln. kubmetr təbii qaz nəql edib. İkinci yerdə qərarlaşan İran qardaş ölkəyə 836,29 mln. kubmetr qaz satıb. Üçüncü yerdəki Qətər Türkiyəyə 649,19 mln. kubmetr təbii qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR