Azərbaycanda həbs-qətimkan tədbiri növünün seçilməsi şərtləri dəyişdirilir

Azərbaycanda həbs-qətimkan tədbiri növünün seçilməsi şərtləri dəyişdirilir
# 01 dekabr 2017 13:53 (UTC +04:00)

Azərbaycanda həbs-qətimkan tədbiri növünün seçilməsi şərtləri dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü maddəsinin dəyişdirilməsi təklifi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Yeni formada verilən maddəyə görə, həbs-qətimkan tədbiri

- bu Məcəllənin 155.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

- cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

- əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq olunacaq.

Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər:

- 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

- bu Məcəllənin 155.1.1 və 155.1.3-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə”.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR