FHN yağış suları nəticəsində köməksiz vəziyyətə düşən şəxsi xilas edib

FHN yağış suları nəticəsində köməksiz vəziyyətə düşən şəxsi xilas edib
# 19 oktyabr 2016 13:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda aramsız yağan yağışlar səbəbindən suyun səviyyəsinin artması nəticəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və 1 nəfəri təhlükəsiz əraziyə çıxararaq təxliyə olunmasını təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR