Ağdamda danışıq kartı oğurlayan şəxslərin digər oğurluq əməllərinin üstü açılıb

Ağdamda danışıq kartı oğurlayan şəxslərin digər oğurluq əməllərinin üstü açılıb
# 17 oktyabr 2016 16:47 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunda mağazadan 2 min manatlıq danışıq kartı oğurlayan şəxslərin digər oğurluq əməllərinin üstü açılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bakıda saxlanılaraq Ağdam polisinə təhvil verilən 1988-ci il təvəllüdlü Nəsibov Namiq Əkbər oğlu və 1994-cü il təvəllüdlü Quliyev Elmir Haqverdi oğlunun daha əvvəl də oğurluq etdikləri müəyyənləşdirilib. Onlar iyun ayında Babayev Yasinə məxsus gündəlik tələbat malları mağazasından 1500 manat dəyərində müxtəlif çeşidli mallar oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı CM-in 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, saxlanılan şəxslər bir gün əvvəl rayonun Xındırıstan kəndindəki mağazanın qıfılını sındıraraq içəridə olan 2 min manatlıq mobil danışıq kartlarını oğurlayıblar. Bakı şəhərində saxlanılan oğrular Ağdama aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR