Bank Of Baku

Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Həftəsonu yol qəzalarında 5 nəfər ölüb
# 13 dekabr 2021 10:03 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 66 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 25 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR