Zığ dairəsi - Hava Limanı avtomobil yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb

Zığ dairəsi - Hava Limanı avtomobil yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb
# 02 aprel 2015 14:07 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyevin sözlərinə görə, Böyükşor - Hava limanı - Bilgəh yolunda isə yol hələ də yaş olduğundan orada sürət həddində dəyişiklik edilməyib.


Qeyd edək ki, bundan öncə hava şəraiti nəzərə alınaraq, Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Belə ki, yollar üzrə müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR