Xaçmazda baş verən qəzada bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Xaçmazda baş verən qəzada bir nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 fevral 2015 07:09 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, qəza rayon mərkəzinin Bakı prospektində qeydə alınıb.

Xaçmaz rayonu Barlı kənd sakini, 43 yaşlı Bəxtiyar Qurbanovun idarə etdiyi 10 PS 849 dövlət nömrə nişanlı, “Daweoo Nexia” markalı avtomobil idarəetməni itirərək səkiyə çırpılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR