Azərbaycanda tanınmış həkimin evindən oğurluq edən şəxslərə hökm oxunub - VİDEO

Azərbaycanda tanınmış həkimin evindən oğurluq edən şəxslərə hökm oxunub - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış həkimin evindən oğurluq etməkdə təqsirləndirilən Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlayan Elvin Əliyev və Anar Əliyev tutulub.

Mircəlal Kazımi cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR